İRƏLİ Pecha Kucha Night Baku Vol3 keçirib -

“İRƏLİ” Pecha Kucha Night Baku “Vol3” keçirib

Park Cinemanın dəstəyi ilə “10 il” kampaniyası çərçivəsində 220 gəncin iştirakı ilə üçüncü Pecha Kucha Night Baku “Vol3” keçirilib.
Tədbiri giriş sözü ilə açan layihənin Azərbaycan üzrə nümayəndəsi, “İRƏLİ” İctimai Birliyinin Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı hər kəsi salamlayıb və bildirib ki, Pecha Kucha Night Baku rəsmi olaraq ilk dəfə Azərbaycanda “İRƏLİ” tərəfindən təşkil edilib və ”İRƏLİ” İctimai Birliyi 2012-ci ildə PKN tədbirlərinin Azərbaycanda keçirilməsi üçün rəsmi razılıq əldə edib. Nihad Allahyarlı onu da qeyd edib ki, Pecha Kucha Night Baku bu günə kimi iki görüşünü hər birində 6 spiker olmaqla keçirib.
Metroparkda yerləşən Park Cinemada baş tutan Pecha Kucha Night Baku “Vol3”də ənənəyə sadiq qalaraq 6 spiker iştirak edib.
Spikerlər qismində Ramin Musayev – “Alma Store” şirkətinin sahibi, Ramiz Məmmədli – Layihə İdarə etməsi üzrə müstəqil konsultant, Vüqar Rüstəmli – AFFA Könüllülər ürzə direktor, Ülkər İsayeva – Xəzər Universiteti İnsan Resursları ürzə direktor, Teleh Əlizadə - “İRƏLİ” İdman Mərkəzinin meneceri, tələbə, Rüfət Hüseynov – “Öz klub”un təsisçisi çıxış ediblər. Spikerlərin hazırladıqları təqdimatlar auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxışında bildirib ki, gənclər tərəfindən maraqla qarşılanan Pecha Kucha təqdimatları bundan sonra mütəmadi olaraq keçiriləcək.
Qeyd edək ki, Pecha Kucha (yapon dilindən tərcümədə "söhbət etmək") 2003-cü ildə Yaponiyada başladılmış və qısa vaxt ərzində bütün dünyaya yayılmış təqdimat formatıdır. Hal-hazırda “Pecha Kucha” dünyanın 120-dən çox ölkəsinin 530-dan artıq şəhərində həyata keçirilir. Azərbaycan Pecha Kucha Night tədbirləri keçirilən 171-ci ölkə, Bakı isə 535-ci şəhərdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !