"Sağlam Gənclik-10 il" layihəsi davam edir -

"Sağlam Gənclik-10 il" layihəsi davam edir

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər İdman İdarəsi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi, “İrəli” İdman Mərkəzi və Tibb Klubunun birgə təşkilatçılığı ilə keçirilən "Sağlam Gənclik-10 il" layihəsi davam edir.
Layihə çərçivəsində seminarlar hər həftə iki dəfə olmaqla “İRƏLİ” Gənclik Mərkəzində keçirilir, ekspertlərlə görüşlər təşkil edilir.
Bu həftə layihə iştirakçılarının qonağı "Təbiət Elmləri" İctimai Birliyinin sədri Rövşən Əkbərov olub. Ekspert "Maddənin ardındakı sirr" mövzusunda geniş təqdimat edib.
Növbəti seminar “Olimpiya ruhu və olimpizm" mövzusunda baş tutub. Seminar “İRƏLİ” İdman Mərkəzinin rəhbəri və Yunanıstanda təşkil olunan Beynəlxalq Olimpiya Akademiyasının Yay Olimpiya Məktəbinin məzunu Niyaz Əliyev tərəfindən aparılıb.
Həftə sonu layihə iştirakçıları HB Güven Klinikasında olublar.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmana marağın artırılması, idmanın inkişafı, sağlam həyat tərzinin təbliğ olunması, gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və gəncləri bu sahə ilə bağlı maarifləndirməkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !