İRƏLİ Radio 3 yaşını qeyd edib -

“İRƏLİ” Radio 3 yaşını qeyd edib

Azərbaycanın ilk gənclər radiosu olan “İRƏLİ” Radio yaranmasının 3 ilini qeyd edib.
Bu münasibətlə tanınmış müğənnilər Sevda Ələkbərzadə və Günay İbrahimli “İRadio”nun qonağı olublar. Qonaqlar səmimi təbriklərini radio dinləyicilərinə çatdırıblar.
Xatırladaq ki, dinləyicilər 24 saat fəaliyyət göstərən radioda (www.iradio.az ) həftə ərzində efirə gedən "İrəlidə", "Günün qəhrəmanı", "Həftə Analitikası", “1Onluq", "Harmoniya", "Buta" və s. verilişləri dinləyə bilərlər.
Qeyd edək ki, “İRƏLİ" İctimai Birliyi və “1News” İnformasiya Agentliyinin birgə layihəsi olan “İRadio” 10 oktyabr 2010-cu ildən etibarən fəaliyyət göstərir. Radionun məqsədi Azərbaycan musiqi və mədəniyyətini dünya miqyasında təbliğ etmək, bu sahəyə marağı olan gəncləri cəlb etməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !