Nə? Harada? Nə zaman? oyunu üzrə Tələbələrarası VI Çağırış Kuboku təşkil olunur -

“Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası VI Çağırış Kuboku təşkil olunur

“İRƏLİ” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubu Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında 14 Oktyabr – 1 Dekabr 2013-cü il tarixləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası VI Çağırış Kubokunu təşkil edir.
Kubokun keçirilməsində əsas məqsəd Azərbaycan Gənclər siyasətinin əsas istiqamətlərindən biri olan intellektual hərəkatın Azərbaycan gəncləri arasında təbliğ olunmasıdır.
Seçim turları Bakıdakı oyun meydançalarında 16 noyabr və regionlarda isə 23 noyabr tarixlərində saat 14:00-da keçiriləcək.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası VI Çağırış Kubokunda qeydiyyat şərtləri:
* Kubokda yalnız 1989-cu il 1 sentyabrdan sonra doğulanlar iştirak edə bilərlər.
* Komanda 6 əsas, 3 əvəzedici oyunçudan ibarətdir. 4 nəfərdən az heyətə malik olan komandalara seçimdə üstünlük verilməyəcək.
* İştirak haqqı yoxdur.
Qeyd edək ki, iştirak ərizəsinin tam doldurulmaması seçim turunda iştirakın təsdiq edilməməsi ilə nəticələnə bilər. İştirak ərizələrinin qeydiyyatı xronoloji ardıcıllıqla aparılır. Oyun meydançaları məhdud olduğundan tez qeydiyyatdan keçmiş komandalar üstünlük əldə edəcəklər.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası VI Çağırış Kubokunda iştirak etmək istəyən şəxslər 9 noyabr 2013-cü il tarixinə qədər qeydiyyatdan keçərək müraciət edə bilərlər. Qeydiyyatdan keçmək üçün link: http://telebe.az/qeydiyyat/

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !