Sübh çağı ingilis çayı -

“Sübh çağı ingilis çayı”

Paytaxtın LN sərgi qalereyasında kiçik yaşlı uşaqların rəsm işlərindən ibarət sərgi açılıb.

Valideynlərin iştirak etdiyi sərgidə 4-13 yaş arası 14 uşağın 15 rəsmi nümayış olunub. Kiçik oğlan və qızların hamısı fərdi qaydada ingilis dilini öyrənənlərdir. Bunu nəzərə alaraq təşkilatçıların təklifi ilə balaça rəssamlara “Sübh çağı ingilis çayı” mövzusu təklif olunub. Deyilən mövzuda çəkilmiş tablolarla yanaşı, uşaqlar bu dildə biliklərini şeir, qısa söhbətlərlə də nümayiş etdiriblər.

Mövzu “İngilis çayı” olsa da, uşaqların rəsmlərində milli ruhun qeyri-iradi əksi hiss olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !