İRƏLİ növbəti Political Debates 2 layihəsinə start verir -

“İRƏLİ” növbəti “Political Debates 2” layihəsinə start verir

“İRƏLİ” Siyasi Diplomatiya klubu tərəfindən növbəti “Political Debates 2” layihəsinə start verilir.
Layihə çərçivəsində debatlar zamanı dünya siyasətinin müasir dövr üçün aktual mövzuları müzakirə olunacaq. Həmçinin gənclərin öz ideyalarını, fikirlərini bölüşməsi üçün şərait yaradılacaq.
Layihə iştirakçıları hər birində 6 nəfər olmaqla dörd qrupa bölünəcək. Öncədən verilmiş mövzular ətrafında komandalar hazırlıq aparacaq və həftədə bir dəfə olmaqla debatlar təşkil olunacaq. Debatlar zamanı iştirakçılar ilk öncə ümumi mövzu ətrafında hazırladıqları təqdimatları edəcək, daha sonra komandalar arasında sual-cavab mərhələsi keçiriləcək. Üçüncü mərhələdə iştirakçılar mövzu haqqında yekun fikirlərini bildirəcəklər. Sonda qalib komandanın seçilməsi üçün səsvermə keçiriləcək.
Debatlarda qalibin seçilməsi məqsədi ilə mütəmadi olaraq peşəkar şəxslər mütəxəssis qismində dəvət olunacaq. Layihənin sonunda qalib komandaya və ən aktiv iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, “Political Debates 2” layihəsinin əsas məqsədi gənclərin bir-biri ilə ünsiyyət quraraq verilmiş mövzuya uyğun fikir mübadiləsi aparmalarını təmin etməkdir.
Layihədə iştirak etmək istəyən şəxslər 5 Noyabr 2013-cü il tarixinədək “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron ərizə formasını doldurmaqla müraciət edə bilərlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !