Orta əsr Ağsu şəhəri və Mehravan qalası ətrafında şumlanmış sahələrə baxış keçirilmişdir -

Orta əsr Ağsu şəhəri və Mehravan qalası ətrafında şumlanmış sahələrə baxış keçirilmişdir

Noyabrın 1-3-də Orta əsr Ağsu şəhəri və Mehravan qalası ətrafında şumlanmış sahələrə baxış keçirmək məqsədilə MİRAS İctimai Birliyi 3 günlük mədəni irs düşərgəsi təşkil etmişdir. Arxeoloqların iştirakı ilə şumlanmış sahələr gəzilərək müşahidələr aparılmışdır.
Düşərgənin məqsədi ərazidə qədim yaşayış izləri və digər maddi-mədəniyyət nümunələrinin olub-olmadığını müəyyənləşdirmək, tələbə və şagirdlərə diyarşünaslıq işinin əhəmiyyətini anlatmaqdır.
Düşərgəyə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Anadolu Universitetinin tələbələri ilə yanaşı, Ağsu şəhəri 4 saylı orta məktəbin şagirdləri də qatılmışlar.
Orta əsr Ağsu şəhərinin qala divarlarından kənarda, şimal tərəfdə aparılan axtarışlar zamanı, yaşayış izləri ilə yanaşı, sənətkarlıq sexlərinin əlamətlərinə də rast gəlinmiş, xeyli sayda yerüstü material toplanaraq götürülmüşdür.
Bəyimli kəndində Mehranilər sülaləsinin ilk qalası hesab olunan Mehrəvan qalasının içərisində şumlanmış sahələrdə aparılan axtarışlar zamanı IV-VII əsrlərə aid maddi-mədəniyyət nümunələri toplanılmışdır.
Tələbələrə düşərgədə əldə etdikləri məlumatlar əsasında məqalə, şagirdlərə isə inşa yazmaq tapşırığı verilmişdir. Sonda düşərgə iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !