MİRAS növbəti beynəlxalq konfransda -

MİRAS növbəti beynəlxalq konfransda

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti bu dəfə Rumıniyada keçiriləcək beynəlxalq məclisdə Azərbaycanı təmsil edəcək. Belə ki, 06-09 noyabr 2013-cü il tarixlərində Rumıniyanın mədəniyyət paytaxtı kimi tanınan, ölkənin tarixinin simvolu hesab olunan İaşi şəhərində “Arxeoloji irsin mühafizəsində cari meyllər” mövzusunda beynlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Rumıniya Akademiyası Arxeologiya İnstitunun İaşi filialıdır. Layihə Avropa Arxeoloqlar Assosiasiyası, İaşi Universitetinin tarix fakültəsi, Moldava Milli Muzey Kompleksi, Rumıniya Milli Tarix Muzeyi ilə tərəfdaşlıqda həyata keçirilir.
Arxeoloji irsin mühafizəsi ilə bağlı milli və beynəlxalq perspektivlərdən söhbət açılacaq konfransda nümayəndə heyətimiz Orta Əsr Ağsu Şəhərində ictimai binalarin tədqiqi və konservasiyası və Orta əsr Ağsu Arxeoloji Turizm Kompleksinin informasiya təminatı ilə bağlı çıxışlar edəcəklər. Nümayəndə heyətinə MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, sədr müavini, araşdırmaçı –jurnalist Arzu Soltan və şöbə müdiri, araşdırmaçı-tərcüməçi Şölə Bayramova daxildir.
Konfransda Rumıniya, Çex respublikası, Moldova, Hindistan, İtaliya, Rusiya, Mərkəzi Asiya ölkələri və başqa ölkələrdən olan tədqiqatçılar iştirak edəcəklər.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !