Doktor Olqa Nefedovanın `MƏDƏNİYYƏTLƏR, MƏKAN VƏ ZAMANIN DİALOQU` adlı mühazirələri -

Doktor Olqa Nefedovanın `MƏDƏNİYYƏTLƏR, MƏKAN VƏ ZAMANIN DİALOQU` adlı mühazirələri

Əziz Dostlar!

YARAT Müasir İncəsənət Təşkilatı Sizi - 15 Noyabr 2013-cü il tarixində
saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, İncəsənət elmləri namizədi, Şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Doha şəhəri (Qatar) Şərqşünaslıq Muzeyinin təsisçisi Doktor Olqa Nefedovanın `MƏDƏNİYYƏTLƏR, MƏKAN VƏ ZAMANIN DİALOQU` adlı mühazirələrində iştirak etməyə dəvət edir.

“XXI əsrin şərq süjetləri bilavasitə siyasi hadisələrlə bağlı olan tənqidi dialoqa mövzu müxtəlifliyi gətirərək XIX və XX əsrin şərq şüjetlərindən kəskin şəkildə fərqlənir.Sərt reallığın qaçılmazlığı avropalıların şərq haqqındakı hər zaman əlçatmaz və cəlbedici obraz olan ənənəvi romantik təsəvvürlərinin geri dönməz itkisi hissini artırır.Özünün mühazirəsində Doktor Olqa Nefedova yalnız təsviri incəsənətin orientalizm kimi istiqamətinin yaranma tarixi və inkişafı haqqında deyil, eləcə də, bu istiqamət çərçivəsində Lalla Əssəidinin yaradıcılığını da analizə edəcək. O, həmçinin, Yaxın Şərq və Şimali Afrikada orientalizmin müasir qavrayış problemini də müzakirə edəcəkdir.“

——–

Görüşün başlanma vaxtı 19:00.
Müzahirə rus dilində aparılacaqdır.
Ünvan: Neftçilər prospekti, 9.
Giriş sərbəstdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !