Şəmkir rayonunda teatr forum vasitəsilə ilə gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirmək məqsədilə layihə icra olunmuşdur -

Şəmkir rayonunda teatr forum vasitəsilə ilə gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirmək məqsədilə layihə icra olunmuşdur

Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi mart ayında “Azərbaycan Gəncliyi 2011- 2015 - ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Qeyri – formal təhsil metodu- teatr forum vasitəsilə ilə gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi” layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi qeyri formal təhsil metodundan - teatr forumdan istifadə etməklə gənclərimizdə Dövlət rəmzlərinə hörmət hissini, vətənə məhəbbət hissini gücləndirmək, vətənpərvərlik ruhunun yüksəldilməsi, Dövlət rəmzləri ilə bağlı məlumat çatışmazlığının aradan qaldırılması, gənclərin təşəbbüskarlığının artırılması, gənclərimizdə teatr mədəniyyətinə maraq oyatmaq, gənclərin asudə vaxtının səmərəli keçirliməsidir.

Layihə çərçivəsində noyabrın 14–də Şəmkir rayonunda gənclərin iştirakı ilə teatr forum keçirilmişdir. Teatr Forumun işində 350 gənc iştirak etmişdir. Dövlət rəmzlərimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün fəaliyyətlə bağlı gənclərin da fikirləri öyrənilmişdir, müzakirələr aparılmışdır. Teatr Forumun bir başa iştirakçıları gənclərin özləri olmuşlar. Teatr forumda aşağıdakı mövzular müzakirə olunmuşdur :
• Azərbaycan Dövlət bayrağına hörmət hissinin gücləndirilməsi;
• Azərbaycan Dövlət gerbinə hörmət hissinin gücləndirilməsi;
• Azərbaycan Dövlət himninə hörmət hissinin gücləndirilməsi;
• Dövlət himninin canlı ifası;
• Dövlət rəmzlərinin ideya-məzmunu haqqında gənclərlə müzakirələrin aparılması;
• Dövlət rəmzləri və normativ - hüquqi aktlar barəsində müzakirələr.

Teatr forumun metodu məktəblərin təlim tərbiyə işləri üzrə müavinlərinə, müəllimlər, QHT fəalları və gənclər təşkilatlarına izah edilmişdir, bu və ya başqa tipli ideyaları Forum Teatr üsulundan istifadə edərək reallaşdırılması tövsiyyə olunmuşdur. Rayon gənclərinin iştirakı ilə yaradılan “Gənc Forum Teatrçılar Şəbəkəsi” gələcəkdə qeyri ənənəvi, kreativ üsulla gənclərimizi maarifləndirəcək, düşündürəcək və eyni zamanda onlarda teatr mədəniyyətinə maraq oyadacaq.
Layihə çərçivəsində nəşr məhsulları - buklet, breloklar, yazılı köynəklər, papaqlar, bayraqlar iştirakçılara paylanmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !