Bülbül adına Orta İxtisas Musiqi məktəbi və BMA nəzdində Məktəb- studiyasının şagirdlərinin birgə konserti -

Bülbül adına Orta İxtisas Musiqi məktəbi və BMA nəzdində Məktəb- studiyasının şagirdlərinin birgə konserti

 AzPRESS xəbər verir ki, 2013-cü il noyabrın 23-də Bakı Musiqi Akademiyasının Böyük Zalında Bülbül adına orta ixtisas musiqi məktəbi və BMA nəzdində Məktəb- studiyasının şagirdlərinin birgə konserti keçirilmişdir. Konsertdə Respublika və Beynəlxalq müsabiqə laureatı Emil Hüseynov (violin, Məktəb -studiya), Respublika müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov (tar, Bülbül adına OİMM), Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Füruzə Bəylərova (f-no, Məktəb- studiya), Respublika müsabiqə laureatı Ərol Rzayev (v-cello, Bülbül adına OİMM), Respublika müsabiqəsi laureatı Günel Hacıyeva (f-no, Məktəb -studiya), Beynəlxalq Müsabiqələr laureatı Mərziyə Hüseynova (vokal, Bülbül adına OİMM), Respublika müsabiqə laureatı Anar Hacıyev (marimba, Məktəb -studiya), Respublika müsabiqə laureatı Cəmilə Əsgərzadə (violin, Bülbül adına OİMM), Beynəlxalq Müsabiqələr laureatı Ceyhun Əzizov (f-no, Məktəb -studiya), Respublika Müsabiqə laureatı Asif Quliyev (klarnet, Bülbül adına OİMM), Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vurğun Vəkilov (f-no, Bülbül adına OİMM), Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Murad Abbasov (f-no, Məktəb-studiya), Respublika müsabiqə laureatı Nicat Məsimov (balaban, Bülbül adına OİMM), Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva (f-no, Məktəb - studiya), Respublika müsabiqə laureatı Aydın Zeydullayev (saksofon, Bülbül adına OİMM), Respublika müsabiqə laureatı Gülarə Ramazanova (kamança, Bülbül adına OİMM) böyük uğurla çıxış etdilər. Proqrama Qərbi Avropa, Rus, Azərbaycan bəstəkarlarının əsərləri daxil edilmişdir.

Xüsusi-fotomüxbir: Rüstəm Fərman

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !