“İRƏLİ” Gənclik Mərkəzində yeni şahmat növünün təqdimatı keçirilib -

“İRƏLİ” Gənclik Mərkəzində yeni şahmat növünün təqdimatı keçirilib

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 19 noyabr tarixində “İRƏLİ” Gənclik Mərkəzində “Proqressiv Şahmat” yeni şahmat oyunun təqdimatı keçirilib.
Təqdimatda ölkəmizin böyük qrossmeysteri, beynəlxalq ustad Fikrət Sideifzadə, “Qalaqapı” oyunu federasiyanın prezidenti Qəmbər Cəfərov iştirak ediblər.
Layihə rəhbəri Aygün Əliyeva çıxışında lahiyənin məqsədi haqqında ətraflı məlumat verib və oyunun niyə progressiv adlanması, rənglərin hansı mənanı daşımasını izah edib. Bildirib ki, “Proqressiv Şahmat” oyunu çox qədim şahmat oyunun əsasında yaranıb. Yaradılma məqsədi çox iştirakçılı qrup oyunu yaratmaq, həmçinin oyuna rəng qatıb onu rəngarəng etməkdən ibarətdi. Oyun qrup şəkiləndə keçirilir və oyunda altı nəfər iştirak edir.
Daha sonra Fikrət Sideifzade və Qəmbər Cəfərov çıxış edərək proqressiv şahmatın kompüter versiyasını yaratmağı və bunu cəmiyyətdə daha geniş formada yayılmasının lazım olduğunu bildiriblər.