MİRAS SEYİD YƏHYA ilinə davam edir -

MİRAS SEYİD YƏHYA ilinə davam edir

Məlum olduğu kimi, UNESKO vəfatının 550-ci ildönümü münasibətilə 2013-cü ili Seyid Yəhya Şirvani ili elan edib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu münasibətlə keçirilən silsilə tədbirlərin təşkilatçılarından biri kimi çıxış edir. Silsilə tədbirlərin içərisində Mədəni İrs seminarları da var. Bu qəbildən növbəti seminar dekabrın 6-da Şamaxı şəhərinin Heydər Əliyev Mərkəzində keçirildi.
Qeyd edək ki seminarlar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutur.
Seminar iştirakçıları əvvəlcə Qafqazda ilk məscid olan Şamaxı Cümə məscidinin tarixinə və bərpadan sonrakı vəziyyətinə həsr olunmuş "Əbədi işığın abidəsi" filmini seyr etdilər.
Şamaxı İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Babaqədir Qədirov qonaqları salamlayaraq sözü qonaqlara verdi. Seminarlarda Qafqaz Araşdırmaları İnistitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım çıxış edərək Şamaxıda doğulmuş Seyid Yəhya haqqında şamaxılılara danışmaqdan qürur duyduğunu qeyd etdi. Seyid Yəhya irsinin yorulmaz araşdırmaçısı Mehmet Rıhtım qeyd etdi ki, böyük mütəfəkkirin həyat və fəaliyyəti haqqında qaynaqların əksəriyyətini Türkiyədəki arxiv və kitabxanalarda tapıb. Alimin Seyid Yəhya irsi, məktəbi, sələfləri və davamçıları haqqında geniş təqdimatı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Daha sonra MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Azərbaycanda yeni sufi məktəbi: Şeyx Əyyub və zikrçilər" mövzusunda təqdimat etdi.
Tədbirdə Qafqaz Araşdırmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Minəxanım Təkləli, Milli Televiziya və Radio Şurasının sədr müavini, professor Qafar Cəbiyev, rayon rəhbərliklərinin təmsilçiləri və yerli ziyalılar iştirak etdilər.
Seminarla yanaşı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctmai Birliyinin bu ilin oktyabr-noyabr aylarında keçirdiyi “Seyid Yəhya Şirvani və Təsəvvüf” mövzusunda sənət müsabiqəsinin iştirakçılarının əl işlərindən ibarət sərgilər də təşkil olundu. Müsabiqəyə rəssamların, xəttatların, heykəltəraşların, fotoqrafların və digər sənətkarların işləri təqdim olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !