AĞSUDA SEYİD YƏHYANI TANITIM SEMİNARI KEÇİRİLDİ -

AĞSUDA SEYİD YƏHYANI TANITIM SEMİNARI KEÇİRİLDİ

Məlum olduğu kimi, UNESKO vəfatının 550-ci ildönümü münasibətilə 2013-cü ili Seyid Yəhya Şirvani ili elan edib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu münasibətlə keçirilən silsilə tədbirlərin təşkilatçılarından biri kimi çıxış edir. Silsilə tədbirlərin içərisində Mədəni İrs seminarları da var. Bu qəbildən növbəti seminar dekabrın 6-da Ağsu şəhərinin Mədəniyyət Sarayında keçirildi.
Qeyd edək ki seminarlar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutur.
Seminar iştirakçıları əvvəlcə Cənubi Qafqazda ən qədim məscid olan Şamaxı Cümə məscidinin tarixinə və bərpadan sonrakı vəziyyətinə həsr olunmuş "Əbədi işığın abidəsi" filmini seyr etdilər.
Ağsu rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov iştirakçıları salamladı və sözü qonaqlara verdi. Milli Televiziya və Radio Şurasının sədr müavini, professor Qafar Cəbiyev çıxışında bildirdi ki, xalqların böyüklüyü onun əhalisinin sayı ilə deyil, dünya tarixinə bəxş etdiyi dühaların sayı ilə ölçülür. Azərbaycanın dünyaya bəxş etdiyi dühaları isə saymaqla qurtaran deyil. Onlardan da biri məhz bu gün haqqında danışdığımız Seyid Yəhya Şirvani-Bakuvidir. Qafqaz Araşdırmaları İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva Təkləli məruzə edərək iştirakçıları fəlsəfi fikir tariximizə sahib çıxmağa çağırdı.
Daha sonra seminarlarda Seyid Yəhya irsinin yorulmaz araşdırmaçısı, Qafqaz Araşdırmaları İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım çıxış edərək qeyd etdi ki, böyük mütəfəkkirin həyat və fəaliyyəti haqqında qaynaqların əksəriyyətini Türkiyədəki arxiv və kitabxanalarda tapıb. Alimin Seyid Yəhya irsi, məktəbi, sələfləri və davamçıları haqqında geniş təqdimatı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Daha sonra MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsuda Azərbaycan təsəvvüf tarixini əks etdirən mədəniyyət abidələrinin zəngin olduğunu, bu irsin öyrənilməsi və öyrədilməsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə rayon rəhbərliyinin təmsilçiləri və yerli ziyalılar iştirak ediblər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !