BİR ÜMİD İŞIĞI -

BİR ÜMİD İŞIĞI

Bu günlərdə Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardim ictimai birliyinin sədri Zaur Seyidzadənin “Bir ümid işığı” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə işıq üzü görmüş kitab fiziki cəhətdən qüsurlu olan, amma elmin, incəsənətin, idmanın, vətəndaş cəmiyyəti quruculuğunun müxtəlif sahələrində böyük uğurlar qazanmış insanların həyat və fəaliyyətindən, inadlı mübarizəsindən bəhs edir.
Kitabın təqdimat mərasimində Bakı Dövlət Universitetinin professoru “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, Mayis Əliyev , kitabın öz sözünün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, şair Agasən Bədəlzadə, hüquqşünas, paralimpiyaçı Allahverdi Culfayev, jurnalist Arzu Soltan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Zülfiyyə Eldarqızı, Milli Paralimpiya Komitəsinin inkişaf, informasiya və tədris şöbəsinin müdiri Kamal Məmmədov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar və onu gerçəkləşdirən insanların şərəfli işlə məşğul olduğunu qeyd ediblər.
Qeyd olunub ki, kitabda haqqında bəhs olunan insanlar öz iradə və mətinlikləri ilə nəinki əlil, eləcə də fiziki cəhətdən sağlam olanlara belə nümunə olacaq bir həyat yolu yaşayırlar. Onlardan söz açmaqla kitabı ərsəyə gətirənlər həqiqətən bir ümid işığı yandırmağa nail olublar.
Kitabın mətni həmçinin birliyin saytında ( http://www.newsfromus.az/) yerləşdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !