İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır! -

“İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!”

“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!” layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhərində həyata keçirilmişdir.

Təşkilat rəhbəri İsgəndər Ağakişiyevin sözlərinə görə ictimai görüşlər zamanı gənclərin iştirakı ilə küçələrdə ictimai davranış qaydaları mövzusunda müxtəlif problem situasiyalar qurularaq gənclərin həmin situasiyalarda iştirakı təmin olunub. Bu yolla ictimai davranış qaydaları həm gənclərə təcrübə yolu vasitəsilə öyrədilib, həm də ətraf insanlara da ictimai davranış qaydalarının düzgünlüyü nümayiş olunub.

Keçirilən təlimlər zamanı “Gənclər qrupu” yaradılıb. Həmin gənclər qrupunun üzvləri arasından daha fəal olan gənclər seçilərək təşkilatımızın növbəti fəaliyyətlərinə də cəlb olunub. Təlimlər, aksiyalar və görüşlər zamanı gənclərin ictimai davranış qaydalarını daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər paylanmışdır.

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !