MİRAS JURNALININ BU SAYI SEYİD YƏHYAYA HƏSR OLUNUB -

“MİRAS” JURNALININ BU SAYI SEYİD YƏHYAYA HƏSR OLUNUB

“Miras” elmi-kütləvi jurnalının 7-ci sayı işıq üzü görüb. Jurnalın təsisçisi MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir. Jurnalın bu sayı böyük mütəfəkkir, azərbaycanlı filosof və şair Seyid Yəhya Şirvaniyə (Bakuvi) həsr olunub.
Birlik Seyid Yəhya Şirvaninin vəfatının 550-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin təşkilatçılarından biri kimi çıxış edir. Məlum olduğu kimi, UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Sirvaninin vəfatının 550 illiyinin 2013-cü ildə dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda Seyid Yəhya Şirvaniyə həsr olunmuş tədbirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutur.
“Miras” elmi-kütləvi jurnalının 7-ci sayında 2013-cü il ərzində bu silsilədən gerçəkləşdirilmiş tədbir və layihələr, eləcə də birliyin fəaliyyəti geniş işıqlandırılıb. Jurnalda həmçinin Seyid Yəhya Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş geniş yazılara, onun əsərlərindən parçalara yer verilib. Jurnalın bu sayında müxtəlif müəlliflərin sanballı məqalələrilə, eləcə də qardaş Türkiyədən olan elm adamlarının araşdırma və təəssürat yazıları ilə də tanış ola bilərsiniz. Millət vəkili Qənirə Paşayevanın "Ustad kitabı: Şəfalı sirr, sirli şəfa... Çağrı və ümid", Qafqaz Universitetinin dosenti Mehmet Rıhtımın "Seyid Yəhya Bakuvi", AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musayevanın "Seyid Yəhya Bakuvinin yetirməsi və xəlifəsi Dədə Ömər Rövşəni" və "Seyid Yəhya Bakuvinin ardıcıllarından Şeyx İbrahim Gülşəni Bərdəi", filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin "Seyid Yəhya Bakuvi əsərlərinin Bakı əlyazması və yeni tapılan şeirləri", Səlcuq Universitetinin müəllimi Əhməd Aytacın "Baş Nazirlik Osmanlı Arxivi Maliyyədən Müdəvvər Dəftərlərində Səccadə ilə Əlaqədar Sənədlərə Dair", tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Şeyx Eyyub və onun zikrçilər məktəbi" yazıları bu sayda verilmişdir.
Jurnalın baş redaktoru, tarix elmləri doktoru, professor Qafar Cəbiyev, redaktoru tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məsul katib jurnalist Arzu Soltandır.

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !