Seyid Yəhya tanıtım seminarı Zaqatalada keçirilib -

Seyid Yəhya tanıtım seminarı Zaqatalada keçirilib

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Seyid Yəhya Şirvaninin vəfatının 550-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Seyid Yəhya Şirvani irsini tanıtım seminarları keçirir. Seminar bu dəfə 2013-cü il dekabrın 22-də Zaqatalada İslam Univarsitetində keçirilib.
Konfransı giriş sözü ilə Zaqatala İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Eldar Mustafayev açıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Seyid Yəhya Şirvani (Bakuvi) irsinin bütün dünyada tanınmasından bəhs edərək, Zaqataladan bu yolun davamçıları olan övliyalardan da söz açıb.
Daha sonra Seyid Yəhya irsinin yorulmaz araşdırmaçısı, Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Dos.Dr. Mehmet Rıhtım “Azərbaycandan Anadoluya Seyid Yəhya Şirvani məktəbi” mövzusunda elmi məruzə edib. Alim bildirib ki, Azərbaycan sufi mədəniyyəti baxımından ən zəngin yerlərdən biridir. Bu yaxınlarda Parisdə UNESKO-nun mənzil-qərargahında “Seyid Yəhya Bakuvi və tolerantlıq” movzusunda keçirilən konfransda iştirakından danışan M,Rıhtım dünyada tolerantlığın ən gözəl nümunələrinin Azərbaycanda ortaya qoyulduğunun bir daha üzə çıxdığını qeyd edib. Seyid Yəhya Şirvaninin fəlsəfəni, təsəvvüfü, islam mədəniyyətini əks etdirən 19 əsərinin qaldığını bildirən alim, onlardan yalnız birini Azərbaycanda, qalanlarını Türkiyədəki kitabxanalarda tapdığını söyləyib. İstanbulda Süleymaniyyə kitabxanasındakı “Şəfaül Əsrar” əsərinin dünyanın müxtəlif dillərində nəşr olunduğunu vurğulayıb.
Həqiqətin, doğruluğun arxasınca insanların uzaq məsafələr qət etdiyindən bəhs edən Fariz Xəlilli Mövlanə İsmayıl Siracəddin Şirvanini, Həmzə Nigarini, İmam Şamili misal gətirib. İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov Azərbaycandan dünyaya yayılan mədəni və mənəvi irsdən söz açıb, sufi məktəbinin Zaqatala bölgəsindəki davamçılarından danışıb.
İslam Universitetində həm də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctmai Birliyinin bu ilin oktyabr-noyabr aylarında rəssamlar, xəttatlar, heykəltəraşlar, fotoqraflar və digər sənətkarlar arasında keçirdiyi “Seyid Yəhya Şirvani və Təsəvvüf” mövzusunda sənət müsabiqəsinin iştirakçılarının əl işlərindən ibarət sərgi nümayiş olunub.
Tədbir iştirakçılarına MİRAS İB-nin nəşrləri, eləcə də Dos.Dr. Mehmet Rıhtımın Seyid Yəhya Şirvani haqqındakı kitabı və onun tərtib etdiyi Seyid Yəhya Şirvaninin “Şəfa əl-Əsrar” əsəri, həmçinin “Miras” elmi-kütləvi jurnalının böyük mütəfəkkirə həsr olunmuş xüsusi sayı hədiyyə edilib.
Qeyd edək ki, Azərbaycanda Seyid Yəhya Şirvaniyə həsr olunmuş tədbirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !