Mingəçevirdə "İşıqlı gələcək" gənclər ictimai birliyinin təqdimatı oldu -

Mingəçevirdə "İşıqlı gələcək" gənclər ictimai birliyinin təqdimatı oldu

Dekabr ayının 21 –dən etibarən Mingəçevir şəhərinin gənclər təşkilatları sıralarına biri də əlavə olundu.”İşıqlı Gələcək” gənclər ictimai birliyi adı ilə ictimaiyyətə təqdim olunan təşkilat artıq rəsmən Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Bu münasibətlə Şəhər Gənclər Evində düzənlənən Təqdimat mərasimində Mingəçevir şəhər icra hakimiyyəti, Gənclər və idman idarəsi, Kür Olimpiya Tədris İdman Mərkəzi, Regional QHT-lərin Təlim və Resurs mərkəzi, Gənlər üçün Təhsil Mərkəzi rəsmiləri, həmçinin digər QHT və KİV nümayəndələri iştirak edib. Təbrik nitqi ilə çıxış edən icra hakimiyyəti başçısının müavini Ramiz Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli ,Gənclər üçün Təhsil Mərkəzinin ofis koordinatoru Tural Kərimov və başqa qonaqlar “İşiqli Gələcək” gənclər ictimai birliyinə böyük uğurlar arzulayıb.
Təşkilatın gələcək planlarına toxunan birliyin sədri Kamal Əhmədov ən yaxın perspektivdə birlik könüllülərinin şəhərin ictimai həyatında yeni bir canlanma yaradacağını vəd edib. O eyni zamanda uzun müddətli çalışmalar sonrası ərsəyə gələn “İşiqli Gələcək”in bu günlərə yetişməsində şəhər icra hakimiyyəti,Gənclər və idman İdarəsi, həmçinin Gənclər üçün Təhsil Mərkəzi könüllülərinin önəmli dəstəyi olduğunu vurğulayıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !