Mingəçevirdə musiqi məktəbinin yubileyi qeyd edilmişdir -

Mingəçevirdə musiqi məktəbinin yubileyi qeyd edilmişdir

Mingəçevirdə Üzeyir Hacıbəyli adına onbirillik musiqi məktəbinin 60 illik yubileyi qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrında keçirilən mərasimdə məktəbin direktoru Cəlal İsmayılov ölkəmizdə musiqi təhsilinin və uşaq yaradıcılığının inkişafına göstərilən böyük diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin istedadlı gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə dair müvafiq sərəncamları onları daha da həvəsləndirmiş, seçdikləri sahəyə maraqlarını artırmışdır.
Diqqətə çatdırılmışdır ki, 1953-cü ildə fəaliyyətə başlayan məktəbin ilk vaxtlar iki şöbəsi və 37 şagirdi var idisə, hazırda burada müxtəlif ixtisaslar üzrə 710 şagird təhsil alır.
Tədbirdə kollektivin uğurlarından, müxtəlif illərdə məktəbin Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərman və diplomlarına layiq görülməsindən geniş söhbət açılmışdır. Qeyd edilmişdir ki, məktəbin şagirdləri uşaqlar arasında keçirilən respublika müsabiqələrinin laureatları olmuş, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Onlar, həmçinin muğam müsabiqələrində də uğurla çıxış etmişlər.
Şəhər musiqi məktəbinin kollektivinin öz işini günün tələbləri səviyyəsində qurduğu, Azərbaycan mədəniyyətinin, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması işinə öz layiqli töhfəsini verdiyi diqqətə çatdırılmışlar.
Tədbir məktəbin xalq çalğı alətləri orkestrinin ifasında konsertlə davam etmişdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !