Mingəçevirdə Ana dilimizi sevək, sevdirək müsabiqəsinin zona yarışı keçirilmişdir -

Mingəçevirdə “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin zona yarışı keçirilmişdir

Təhsil Nazirliyinin və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə yanvarın 11-də Mingəçevir Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin zona üzrə yekun tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin və Türkiyənin İstiqlal marşının oxunması ilə başlanmışdır. Mingəçevir, Yevlax və Bərdədən olan şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər bildirmişlər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi sevək, sevdirək” müsabiqəsini keçirməkdə məqsəd ana dilimizi gələcək nəsillərə çatdırmaqdır. Natiqlər bu cür tədbirlərin şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini, bu müsabiqənin təkcə bölgə üçün deyil, respublikamız üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.
Daha sonra səhnədə müsabiqənin mahnı və şeir nominasiyalarının finalçıları çıxış etmişlər. Yarışda məktəblilərin ifasında Vətənə, anaya aid şeirlər və mahnılar səsləndirilmişdir. Qaliblərə diplom və hədiyyələr verilmişdir.
Zona mərhələsinin qalibləri respublika müsabiqəsinin finalında iştirak edəcəklər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !