Enerji İdarəetmə Sistemləri standartının tətbiqi istiqamətində daxili audit üzrə təlimlər keçirilir -

“Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində daxili audit üzrə təlimlər keçirilir

21 yanvar 2014-cü il tarixində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərə başlanacaqdır. Təlimlər üç gün ərzində Britaniya Standartlar İnstitutunun mütəxəssisinin iştirakı ilə keçiriləcək. Təlimləri müvəfəqiyyətlə bitirən iştirakçılar İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri haqqında Britaniya Standartlar İnstitutunun (BSİ) rəsmi sertifikatı ilə təltif olunacaqlar.
Qeyd edək ki, İSO 50001 beynəlxalq standartı enerji idarəetmə sisteminin qurulması, tətbiqi, müşayət edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri təyin edən, müəssisə üçün enerji sisteminin, enerji effektivliyinin, enerji təhlükəsizliyinin, enerji sərfiyyatının davamlı təkmilləşdirilməsinə imkan yaradan sistemli yanaşmadır. Həmçinin bu yeganə standartdır ki, müəssisəyə qısa müddət ərzində enerji effektivliyinə nail olmağa və maddi qənaəti əldə etməyə imkan yaradır.
Təlimlərdə iştirak etmək istəyənlər özləri haqqında məlumatları 17 yanvar 2014-cü il tarixinədək Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna təqdim edə bilərlər. Əlaqələndirici şəxslər: Emil Hümbətov, tel: 012 566-71-06, mob: 055 2509599, e-mail:emil.humbatov20@gmail.com; Fariz Vəkilov, tel: 012 566-71-06, mob: 055 7755077, e-mail: f.vakilov@azstand.gov.az.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !