Qida təhlükəsizliyi və qida mədəniyyəti adlı kitabın təqdimatı olmuşdur -

“Qida təhlükəsizliyi və qida mədəniyyəti” adlı kitabın təqdimatı olmuşdur

Mingəçevir şəhərində “Qida təhlükəsizliyi və qida mədəniyyəti” adlı yeni kitab ictimaiyyətə təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına “Eko-TES” Tədqiqatlar və Maarifçilik İctimai Birliyi tərəfindən nəşr olunmuşdur. Təqdimat mərasimində çıxış edənlər kitabda qida təhlükəsizliyi, qida mədəniyyəti barədə istehlakçılar üçün bir çox vacib və maraqlı informasiyaların toplandığını bildirmişlər.
Çıxışlarda vurğulanmışdır ki, düzgün, normal qidalanmaq üçün nəyə diqqət yetirilməsi, sağlamlığa zərər vuran məhsulların istehlak səbətindən necə kənarlaşdırılması, təhlükəsiz qidalanma ilə bağlı bu və ya digər suallara “Qida təhlükəsizliyi və qida mədəniyyəti” kitabında cavab tapmaq mümkündür. Əhalinin, o cümlədən məktəblilərin maarifləndirilməsində kitabın əhəmiyyətini yüksək qiymətləndirən natiqlər onun şəhərdəki orta və ali məktəblərdə müzakirəsinin aparılmasının və yayılmasının vacibliyini qeyd etmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !