- Müasir Azərbaycan fotoqrafiyası sərgisi

“Müasir Azərbaycan fotoqrafiyası” sərgisi

Azərbaycan Fotoqrafları Birliyi, ARTFAKTOR və AFB-nin Mingəçevir bürosunun təşkil etdiyi “Müasir Azərbaycan fotoqrafiyası” sərgisinin Mingəçevir Rəsm qallereyasında açılışı oldu.Sərginin açılıçını AFB-nin Mingəçevir bürosunun rəhbəri Şahin Məmmədli açdı.Açılışda Mingəçevir şəhrə icra hakiminin müavini Ramiz Əliyev çıxış etdi.Rəsmən Azərbaycan Fotoqrafları Birliyinin Mingəçevir bürosunu rəsmi acılışını AFB-nin sədri Mirnaib Həsənoğlu elan etdi.Sərgidə AFB-nin qonağı İspan fotoqrafı Gerald Kiernan iştirak edirdi.Sərgidə Mingəçevir şəhərinin gənclər və ziyalılarıda iştirak edirdi.Sərgidə AFB üzvlərindən Asim Talıb,Mehdi Abbasov,Aydın Mehdiyev,AFB-nin Gəncə bürosunun rəhbəri Seymur Abbasov da iştirak edirdilər.
Sərginin açılışı 31 yanvar 2014-cü il saat 15.00-da Mingəçevir rəsm qalereyasında açıldı.
Sərgidə fərdilik, mövzuların özünəməxsus şəkildə açılması öz parlaq əksini tapıb.Fotoqrafların təsvirin texniki mükəmməlliyinə bir qədər ironiya ilə yanaşırlar.Rəngin deformasiyası,ton cızığının daralması və digər texniki qeyri-dəqiqliklər abstraktlaşdırılırmağa kömək edir.Obrazın mənimsənilməsini artırır.Obrazlar isə həmişəki kimi xeyir-şərdən,sevgi-nifrətdən,tənhalıqdan,əməkdən, yaxınlıqdan,xoşbəxtliyə can atmaqdan və yaşamaq arzusundan bəhs edir.Sərgidə Elnur Babayev,Fəxriyyə Məmmədova,İlkin Hüseynov,Rəna Əfəndi,Sergey Xrustalyov,Təhminə Əhmədova və Şahin Məmmədlinin fotoları nümayiş olundu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !