Buta Palace da 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir. - ( YENİLƏNDİ ) FOTO

“Buta Palace”da 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir. ( YENİLƏNDİ ) FOTO

“2 fevral –Gənclər günü” münasibəti ilə 5 fevral tarixində “Buta Palace” da Gənclər və İdman Nazirliyi tərəfindən elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərin stimullaşdırılması məqsədilə mükafatlandırma mərasimi keçirildi. Mükafatın təsis edilməsində əsas məqsəd müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir.

Qeyd edək ki, hər il 2 fevral – Azərbaycan Gəncləri gününün qeyd olunması münasibəti ilə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən mükafat təqdim olunur. 2013-cü ildəki uğurlu fəaliyyətinə görə aşağıda adları qeyd olunan 25 gənc nazirlik tərəfindən mükafatlandırılır:

Nəsrullayev İbrahim İsmayıl oğlu
Starçuk Maksim Lvoviç
Abbasov Mürsəl Telman oğlu
Mustafayeva Ruqiyə Elçin qızı
Şərifov Mətin Əbdüləli oğlu
Seyidova Ceyla Uran qızı
Şıxıyev Tofiq Şıxı oğlu
Əlili Gültac Müzəffər qızı
Məmmədov Murad Məmməd oğlu
Piriyev Emin Sabir oğlu
Kərimova Aysel Süleyman qızı
Ələsgərova Gülnar Vahid qızı
Aşurov Ağa Fərhad oğlu
Əliyev Fikrət Vahid oğlu
Xəlilova Xuraman Nüsrət qızı
Siracov Nüsrət Nəcməddin oğlu
Əliyev Fərid Nazi oğlu
Əmirxanlı Əminə Sacəddin qızı
Səttarova Ülkər Eldar qızı
Əmiraslanov Nəriman Sabir oğlu
Kazımov Aqşin Nəsrəddin oğlu
Səmədli Soltan Bayram oğlu
Həsənov Yasin Etibar oğlu
Nərimanova Aysel Vüqar qızı
Həsənov Fərid Münasib oğlu

xxxx

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2014-cü il tarixli Sərəncamı ilə Elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2014-cü il Gənclər üçün Prezident mükafatları verilmişdir:

Əsgərov Timur Vaqif oğlu
Hacıyeva Flora Vidadi qızı
İsmayıllı İlyas İsmiyar oğlu
İsmayılov Şahin Əmir oğlu
Nurəliyeva Pərvin Ələmdar qızı
Səfərov Rafiq Tofiq oğlu
xxxx

2013-cü ildəki uğurlu fəaliyyətinə görə bir sıra gənclərin qeyri-hökümət təşkilatları və tələbə gənclər təşkilatları da təltif edilib:

 

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı
Gənc Hüquqşünaslar Birliyi
"Nurlu Sabah Uşaq-Gənclər Təşkilatı" İctimai Birliyi
"Gənc Xəzər Mühəndisləri" İctimai Birliyi
Azərbaycan Könüllülər İctimai Birliyi
"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyi
Azərbaycan Dövlət İqtisad UniversitetininTələbə Gənclər Təşkilatı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı
Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatı
Mingəçevir Politexnik İnstitutunun Tələbə Gənclər Təşkilatı
Azərbaycan Maliyyə-İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatı

xxxx

2014-cü ilin "Gənclər Paytaxtı" Quba şəhəri seçildi. Qeyd edək ki, seçildiyi 1 il müddətində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir. Xatırladaq ki, 2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər paytaxtı” isə Biləsuvar şəhəri seçilmişdir.Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə namizədliyi irəli sürülmüş şəhərlərdən (rayonlardan) aşağıda adları göstərilən 15 şəhər (rayon) 2014-cü ilin "Gənclər Paytaxtı" adı uğrunda seçimlərə qoşulmuşdur: (Cəlilabad rayonu, Göygöl rayonu, Qax rayonu, Qazax rayonu, Qəbələ rayonu, Quba rayonu, Qusar rayonu, Lənkəran şəhəri, Mingəçevir şəhəri, Naxçıvan şəhəri, Sabirabad rayonu, Şamaxı rayonu, Şəki şəhəri, Şəmkir rayonu, Zaqatala rayonu.) Qeyd edək ki, seçim www.genclerpaytaxti.az saytında internet səsverməsi vasitəsi ilə həyata keçirilmişdir. 23 yanvar 2014-cü il tarixdə start götürən səsvermə 1 fevral 2014-cü il tarixdə saat 23.59-da yekunlaşmışdır.

 

 

***

 

 

Fevralın 5-də “Buta Palace”da 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir.
AzPRESS xəbər verir ki, mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişmələrinə xüsusi önəm vermişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk günlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Qeyd edilmişdir ki, zamanın yeniləşən çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti uğurla inkişaf edir, məzmunca zənginləşir və intensivləşir. Təxminən üç milyonluq gənclər kütləsinin mənəvi və fiziki sağlamlığı, vətəndaşlıq tərbiyəsi, yaradıcılığının dəstəklənməsi, məşğulluğu və digər məsələlər dövlətin qayğısı ilə əhatə olunmuşdur.
Nazir vurğulamışdır ki, ölkənin qazandığı nailiyyətlər gənclərin fəaliyyətində davamını və inkişafını tapır. Keçən il Azərbaycanda ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına üzv ölkələrdən 50-dək gəncin iştirakı ilə “Kibertəhlükəsizlik” mövzusunda “Model UN” simulyasiya oyunu keçirilmişdir. 2013-cü ildə Gəncə ciddi rəqabət şəraitində 2016-cı il üçün Avropanın “Gənclər paytaxtı” seçilmişdir. Ötən il Bakıda “Xəmsə” milli intellektual oyunu üzrə dünya çempionatı keçirilmiş və yarışda 12 ölkədən 100-dək oyunçu iştirak etmişdir. Həmçinin yola saldığımız ildə Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Roma və Bakıda forumları keçirilmişdir.
Azərbaycan gəncləri beynəlxalq münasibətlərin və mədəniyyətlərarası dialoqun aparılmasında da fəal iştirak edirlər. Bu, xüsusilə ölkə xaricində fəaliyyət göstərən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli işində öz əksini tapır.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov gəncləri əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, bu gün Azərbaycan vətəndaşı olmaq qürurverici və şərəflidir. Bu ölkənin gənc vətəndaşı olmaq isə ikiqat qürurvericidir. Hazırda dövlətimizin başçısının rəhbərliyi altında hər bir gənc Azərbaycanın həm bu gününü, həm də gələcəyini təmsil edir. Bu, kifayət qədər məsuliyyət və hər bir gəncdən gələcəyə hazır olmaq kimi yüksək vətəndaşlıq keyfiyyətlərinə malik olmağı tələb edir.
Ölkə gəncliyinin dövlətin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Əli Əhmədov Azərbaycan Gəncləri Gününün ölkəmizdə qeyd olunmasının təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ümummilli Lider tərəfindən həyata keçirilən gənclər siyasəti hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə gəncliyi də öz növbəsində dövlətin qayğısına adekvat cavab verərək özünü Azərbaycanın gələcəyinə hazırlayır. Gənclərimiz yaradılmış imkanlardan istifadə edərək ən müasir biliklərə yiyələnir, dünyagörüşünə sahib olur, müstəqil Azərbaycanın layiqli vətəndaşı kimi formalaşırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev demişdir ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. O, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.
Sonra gənclər üçün Prezident mükafatına layiq görülmüş, dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərmiş şəxslər Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif olunmuşlar.
Daha sonra 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” elan olunmuşdur. www.genclerpaytaxti.az saytında keçirilmiş səsvermənin nəticəsinə əsasən, Quba 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə təqdim etmişdir.

FOTOREPORTAJ: Rustem Farman

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !