SAM-ın aparıcı elmi işçisinin tədqiqatı Oksford Universitetinin Enerji Araşdırmalar İnstitunun rəsmi internet səhifəsində dərc olunmuşdur -

SAM-ın aparıcı elmi işçisinin tədqiqatı Oksford Universitetinin Enerji Araşdırmalar İnstitunun rəsmi internet səhifəsində dərc olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi və Oksford Universitetinin Enerji Araşdırmalar İnstitutunun qonaq elmi işçisi Gülmira Rzayeva iki ay müddətində apardığı "Türkiyənin daxili qaz bazarı: siyasət və problemlər" adlı araşdırma institutun rəsmi internet səhifəsində dərc olunmuşdur.

Hesabatda Türkiyənin qaz bazarının cari vəziyyəti və son inkişaf mərhələləri, həmçinin bazarın gələcək qaz tələbatına dair analitik proqnozlar təqdim edilmişdir.

Hesabat Türkiyənin daxili qaz bazarının liberallaşdırılmasının erkən mərhələlərində olduğunu nəzərə alaraq, Türkiyənin qaz idxal etdiyi ölkələr Azərbaycan, Rusiya, İran, İraq və gələcəkdə Türkmənistan kimi qaz təchizatçıları ilə əlaqələrini necə inkişaf etdirəcəyini təhlil edir.

Tədqiqat Türkiyənin qaz bazarının liberallaşması istiqamətində atılan ən vacib addım kimi 2001-ci ildə qəbul edilmiş 4646 saylı "Təbii Qaz Bazarı" haqqında Qanun təhlil edilir və "BOTAŞ"-ın boru xəttlərinə üçüncü tərəfin daxil olması qanun baxımından araşdırılır. Hesabat həmçinin Türkiyənin "hub" olma imkanlarını təhlil edir və bir sıra tövsiyələr verir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !