26FEVRAL.AZ - XOCALIYA ƏDALƏT TƏLƏB EDƏCƏK

26FEVRAL.AZ XOCALIYA ƏDALƏT TƏLƏB EDƏCƏK

Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək lentə alır və qiymətli video arxiv yaradılır.
Yaşayan Azərbaycanlıların hər biri Xocalı soyqırımının qurbanıdır. Bundan sonra doğulacaq Azərbaycanlılar da... 26 fevral xalqın lənət günüdü.
İmage Şirkəti və Miras İctimai Birliyi bu lənətli günü anladan 26FEBRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalı layihəsini təqdim etməyə hazırlaşır. Layihə daxilində faciənin qurbanları və şahidlərinin xatirələrini lentə alaraq filmlər hazırlanıb və filmlər 26FEBRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalında yerləşdiriləcək. Çəkiliş qrupu ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək lentə alır və qiymətli video arxiv yaradılır. Layihənin birinci mərhələsində müəyyən sayda film təqdim olunacaq və layihə 1 il boyunca davam edəcək. Xocalıya ədalət kampaniyasına dəstək olaraq Xocalı rayon İcra Hakimiyyətinin bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin köməyi ilə həyata keçirilən layihə Azersun Holdinqin yaxından dəstəyi ilə ərsəyə gəlib.
Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə varsa siz də bildirin. Siz və ya tanıdığınız insan hadisəni nəql etsin, biz də lentə alaq, film edək və 26 FEVRAL.AZ saytında paylaşaq. Yaddaşınıza arxayın olmayın. Bir azdan biz olmayacağıq, ya da unutmağa başlayacağıq...
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !