ADU Mətbuat xidməti 5 yaşını qeyd edəcək -

ADU Mətbuat xidməti 5 yaşını qeyd edəcək

 Fevralın 21-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbirdə millət vəkilləri, ölkənin tanınmış jurnalistləri, ali təhsil müəssisələrinin və dövlət orqanlarının analoji strukturlarının rəhbərləri iştirak edəcək.
Tədbir ADU Mətbuat xidmətinin 5 illik fəaliyyətindən bəhs edən slaydın nümayişi ilə başlayacaq. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü ilə çıxış edəcək. İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin müdiri Zeynab Kazımova isə çıxışında yeni çapdan çıxmış “Azərbaycan Dillər Universiteti (KİV materailları əsasında)” adlı kitab haqqında danışacaq. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının da çıxışı nəzərdə tutulur.
Sonra ADU-nun fəaliyyətini geniş işılqandıran KİV nümayəndələri mükafatlandırılacaq.
Tədbir qeyri-rəsmi hissə ilə yekunlaşacaq.
Xatırladaq ki, ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. Rəsmi olaraq şöbənin yaradılması haqqında universitet rektoru, millət vəkili, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayının 4-də sərəncam imzalanıb.
2010-cu ildə Azərbaycan Dillər Universiteti "İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri Z.Kazımova ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.
Əlaqə: 0124402931

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !