Gənclər Kür çayını qərənfillərə bürüdü -

Gənclər Kür çayını qərənfillərə bürüdü

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə Mingəçevir şəhərində aksiya keçirilmişdir.
Yüzlərlə gənc Kür çayının Mingəçevir şəhərindən keçən hissəsindəki avtomobil körpüsünə gələrək, torpaqlarımızın müdafiəsində öz canını qurban vermiş bütün insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra əllərindəki qərənfilləri çaya buraxmışdırlar.
Mərkəzin regional ofisinin rəhbəri Tural Kərimov bildirmişdir ki, bu aksiyanın keçirilməsində məqsəd Xocalıda baş verən hadisələrin region gəncləri tərəfindən heç zaman unudulmadığını və bu qanlı cinayətin onların həyatında silinməz səhifə olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Mingəçevir gəncləri faciə qurbanlarını yalnız bu gün deyil, hər zaman anırlar.
Aksiyada Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, “İşıqlı Gələcək” İctimai Birliyi və digər yerli gənclər klubları yaxından iştirak etmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !