Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 22 -ci ildönümünə həsr olunmuş Xocalı haraya çağırır bizi ! adlı yürüş və ümumrayon tədbiri - YENİLƏNDİ

Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 22 -ci ildönümünə həsr olunmuş “ Xocalı haraya çağırır bizi ! “ adlı yürüş və ümumrayon tədbiri YENİLƏNDİ

 Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 22 -ci ildönümünə həsr olunmuş “ Xocalı haraya çağırır bizi ! “ adlı yürüş və ümumrayon tədbiri keçirilmişdir.

26 fevral 2014 - cü il tarixdə saat 11:00 -da Ağcabədi rayonu Şəhidlər Xiyabanında və Y.Məmmədov adına Rayon Mədəniyyət evində 26 Fevral – Xocalı faciəsinin 22 -ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbir 2 hissədən ibarət olmuşdur. Tədbirin birinci hissəsində Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin, Qadınlar Şurasının və rayonun digər fəal gənclərinin təşkilatçılığı ilə 600 nəfərdən ibarət gəncin iştirakı ilə “ Xocalı haraya çağırır bizi ! “ adlı yürüş keçirilmişdir.
Yürüş Heydər Əliyev Meydanından başlayaraq Şəhidlər Xiyabanını ziyarətlə başa çatmişdır. Yürüş iştirakçıları yol boyu “ Xocalı haraya çağırır bizi ! “, “ Biz hamımız Xocalıyıq! “, “ Xocalı qanın yerdə qalmayacaq ! “, “ Xocalı Soyqırımını unutma! “ kimi şüarlar səsləndirmişlər. Başlarında “ Xocalı 22 ” yazılmış sarğıları olan gənclər yürüş zamanı küçədə insanlara Xocalı soyqırımına dair məlumatlar qeyd olunmuş bukletlər paylamışlar.
Tədbirin ikinci hissəsi isə rayon Şəhidlər Xiyabanında və Y.Məmmədov adına Rayon Mədəniyyət evində davam etdirilmişdir
Əvvəlcə Şəhidlər Xiyabanında Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər çiçək dəstələri düzmüşlər.
Tədbir Y.Məmmədov adına Rayon Mədəniyyət Evində davam etmişdir.
Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq çıxış etmiş və bildirmişdir ki, 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366 – cı motoatıcı alayı tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədilmişdir. Bunun nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı Soyqırımı tarixin verdiyi ibrət dərsi kimi daima qan yaddaşdaşımızda qalacaq və gələcək nəsilləri zaman – zaman düşündürəcəkdir.
Cənab Şahin Məmmədov daha sonra çıxışında bildirmişdir ki, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilən düşünülmüş və məntiqli siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik, xocalılar öz doğma yurd – yuvalarına qayıdacaq və cəzasız qalmış cinayətkarlar layiqli cavablarını alacaqdır. Sonda rayon rəhbəri erməni qatillərinin qurbanı olan bütün şəhidlərə Tanrıdan rəhmət dilədi.
Daha sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan Xocalı həqiqətlərini özündə əks etdirən sənədli film göstərildi.
Tədbirin sonunda Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi musiqi kollektivi və Rayon Mədəniyyət evi ilə birlikdə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda səhnəyə Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı gətirildi.
Tədbirdə 7000 nəfər iştirak etmişdir.
Fotomüxbir: Mais Amin (AzPRESS.az) Ağcabədi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !