Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev ikinci Xəzər Dəhlizi Konfransında iştirak edəcək -

Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev ikinci Xəzər Dəhlizi Konfransında iştirak edəcək

Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyevin iştirak edəcəyi Böyük Britaniyanın London şəhərində keçiriləcək ikinci Xəzər Dəhlizi Konfransında regionun iqtisadi inkişaf perspektivləri və tendensiyaları müzakirə ediləcəkdir. Konfrans öz işinə martın 7-də London Fond Birjasının (London Stock Exchange) Baş ofisində başlayacaq və Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev bu mötəbər beynəlxalq konfransda çıxış edəcəkdir. Eyni zamanda, Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyevin, Qazaxıstanın Neft və qaz naziri Uzakbey Karabalinin, Türkmənistanın Energetika naziri Murat Artykovun, Avropa Birliyinin Energetika üzrə komissarı Günter Ottinqerin iştirakı ilə gələcək əməkdaşlıq üçün dəyərli əlaqələrin təşəkkül tapması, daha da möhkəmləndirilməsi yollarına dair təqdimatlar keçiriləcəkdir. Bu mötəbər beynəlxalq konfrans Xəzəryanı ölkələrin hökumət nümayəndələrini, biznes dairələrini, elmi dairələr və KİV nümayəndələrini birləşdirir. Tədbirin təşkilatçıları London Fond Birjası (London Stock Exchange), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” təşkilatıdır. İkinci Xəzər Dəhlizi Konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes iqlimi, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan TAP və TANAP layihlərinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilmişdir. London Fond Birjasının (London Stock Exchange) Baş icraçı direktoru və İdarə Heyətinin sədrinin, Böyük Britaniya Parlamentinin üzvü baroness Elizabet Saymonsun, Britaniya Banklar Assosiasiyasının Baş icracı direktoru Entoni Braunun, Qazaxıstan Prezident Aparatının rəhbəri Kərim Masimovun, Avropa Birliyinin Energetika üzrə komissarı Günter Ottinqerin, “Statoil” şirkətinin İdarə Heyətinin üzvü Ledi Cadcın, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Baş direktoru Con Çipmanın, BP şirkətinin vitse-prezidenti Peter Matherin, bir sıra Xəzər regionu ölkələrinin səfirlərinin, dünyanın bir sıra nüfuzlu şirkətləri, o cümlədən “Lukoil”, “Rosneft” şirkətləri, ABŞ-ın Harvard Universitetinin rəsmi şəxslərinin iştirakı ilə keçirləcək toplantıda məruzələr və yüksək səviyyəli müzakirələrin aparılması nəzərdə tutulub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !