Zolt Petranyinin mühazirə və təqdimatı -

Zolt Petranyinin mühazirə və təqdimatı

YARAT Müasir İncəsənət Təşkilatı Sizi - 3 mart 2014-cü il tarixində
saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Budapeştdə yaşayıb, fəaliyyət göstərən görkəmli incəsənət tənqidçisi və kuratoru Zolt Petranyinin mühazirə və təqdimatına dəvət edir.

Mühazirənin mövzusu:“Uğur nədir? - Macarıstanın xaricdəki uğurlu layihələri, müasir incəsənətə daxildən və kənardan nəzər”

Zolt Petranyi Macarıstan Milli Qalereyasının Müasir İncəsənət Bölməsinin rəhbəridir. Mühazirəçi beynəlxalq rəssam kuratorlarına
dəstək göstərən ACAX təşkilatı barədə söhbət açaraq dəmir pərdələrin ləğv edilməsinin regiona qarşı marağın oyanmasına necə yardım etdiyini analiz edəcək. Mühazirə, həmçinin, ümidlərin puça çıxması, yerli bazarın
ləng inkişafı, beynəlxalq incəsənət tədbirlərində iştirak təcrübəsi, 60-cı illərin "nəhəng" avanqard nəslinin kölgəsi kimi məsələlər üzərində cəmlənəcək.

——–

Görüşün başlanma vaxtı 19:00.

Təqdimat Azərbaycan dilinə sinxron tərcümə ilə İngilis dilində keçiriləcək.

Ünvan: Beynəlxalq Muğam Mərkəzi
Neftçilər prospekti, 9.
Giriş sərbəstdir.
Əlaqə telefonu: 012 505 1414 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !