MİRAS beynəlxalq konfranslarını tanıtmaqda davam edir - FOTO

MİRAS beynəlxalq konfranslarını tanıtmaqda davam edir FOTO

Fevralın 27-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Turizm İnstitutu və Bakı Slavyan Universitetində Birliyin 2014-cü ildə keçiriləcək beynəlxalq simpoziumlarının tanıtım seminarını təşkil etmişdir.
Azərbaycan Turizm İnstitutunda seminar müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilmişdir. Seminarı açan Turizm İnstitutunun Xidmət mühəndisliyi fakultəsinin dekanı Sevda Vəzirova iştirakçıları salamlamış və MİRAS İctimai Birliyinin bu təşəbbüsünün elmi ictimaiyyət üçün gərəkli töhfələr verə biləcəyini qeyd etmişdir. Birliyin İdarə heyəti sədrinin müavini Arzu Soltan MİRAS İctimai Birliyinin fəaliyyəti haqqında məlumat vermiş, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi ərazisində aparılan arxeoloji qazıntılardan, Ağsunun mədəni irsin öyrənilməsi sahəsində dialoq mərkəzinə çevrilməsindən, eləcə də həyata keçirilən layihələrdən danışmışdır. Birliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şölə Bayramova MİRASın 2014-cü ildə təşkilatçılarından olduğu simpoziumlar haqqında geniş təqdimat etmiş, sualları cavablandırmışdır.
Daha sonra həmin silsilədən olan seminar Bakı Slavyan Universitetində davam etdirilmiş, Universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Oqtay Səmədov Universitetin beynəlxalq əlaqələrindən danışmış və Miras İctimai Birliyi haqında qısa məlumat vermişdir. Daha sonra Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli MİRAS-ın fəaliyyətini əks etdirən videoçarxı seminar iştirakçılarına təqdim etmiş, Bosniyada keçiriləcək II Beynəlxalq Türk Sənət, Tarixi və Folkloru Konqresi/Sənət Tədbirləri, Qazaxda keçiriləcək II Beynəlxalq Həmzə Nigari Simpoziumu, Konyada keçiriləcək VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu, Ağsuda keçiriləcək “Mədəni irsin konservasiyasında gənclər YOCOCU” Beynəlxalq Konfransının hər biri haqqında ətraflı məlumat vermişdir. YOCOCU 2014 qısa tanıtım filmi də iştirakçıların marağına səbəb olmuşdur. Fariz Xəlilli bu simpoziumların hər birinin əhəmiyyətini, Azərbaycanın burada layiqincə təmsil olunmasının vacibliyini auditoriyanın diqqətinə çatdırmışdır. Tədbirin sonunda simpoziumlarla bağlı müəllim və tələbələrin sualları cavablandırılmışdır.
Tədbirin sonunda MİRAS İctimai Birliyinin nəşrləri və simpozium kitabçaları seminar iştirakçıları arasında paylanmış və universitetlərin kitabxanalarına hədiyyə olunmuşdur.
Məlumat üçün bildirək ki, bu seminarlar respublikanın müxtəlif təhsil ocaqlarında təşkil olunur və alimlər və tədqiqatçıların fərqli elm sahələri, Azərbaycan mədəniyyətinə dair araşdırmalarının beynəlxalq səviyyədə tanıdılmasının inkişaf etdirilməsi məqsədi daşıyır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !