Bülbül adına orta ixtisas musiqi məktəbində - Novruz bayramına həsr olunmuş konsert

Bülbül adına orta ixtisas musiqi məktəbində Novruz bayramına həsr olunmuş konsert

 2014-cü il martın 11-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bülbül adına orta ixtisas musiqi məktəbində Bakı şəhərində fəaliyyət göstərən dövlət uşaq müəssisələrinin şagirdləri üçün Novruz bayramına həsr olunmuş konsert təşkil olunmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq Artisti Teymur Göyçayev tədbiri açaraq uşaqları bayram münasibəti ilə təbrik etmiş, belə bir konsertin təşkilinə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, məktəbin şagirdləri Respublika və Beynəlxalq müsabiqələrində uğurla çıxış edərək Azərbaycanı layıqıncə təmsil edirlər. mütəmadi olaraq konsertlərdə iştirak edirlər. Bugünki konsertə də bu şagirdlər böyük məsuliyyətlə yanaşmış, rəngarəng konsert nömrələri hazırlamışlar.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

FOTOREPORTAJ: Rustem FARMAN

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !