"Mingəçevir haqqında ensiklopedik bilgilərin toplanmasına ehtiyac var" -

"Mingəçevir haqqında ensiklopedik bilgilərin toplanmasına ehtiyac var"

Bu fikirləri Mingəçevir Media Mərkəzində təşkil olunan "Mingəçevir Ensiklopediyası"nın ilkin müzakirəsi zaman layihənin müəllifi, gənc yazar Qurbanəli Ömər səsləndirib. Onun fikrincə Mingəçevir haqqında nəinki digər şəhər və rayonların heç yerli gənclərin arasında belə lazımınca informasiya yoxdur.
" Bu gün "Wikipedia" Açıq Ensiklopediyasında cəmi 19 mingəçevirli haqda məlumat yerləşdirilib. Mingəçevir şəhəri haqqında verilən məlumatlar da yetərincə deyil. Mingəçevirlə bağlı olan saytlarda və bütünlüklə elektron mediada bu şəhər haqqında çox az sayda informasiya var. Mingəçevir şəhəri haqqında heç bir fundamental əsər yoxdur. Şəhər haqqında yazılan kitabların böyük əksəriyyəti ya hansısa dar bir çərçivəni əhatə edib, ya da o kitablarda böyük nöqsanlara yol verildiyindən uğur qazanmayıb. Təəssüflə qeyd etmək istərdim ki, Mingəçevir haqqında yazılan əsərlərin bir çoxunda tarixi faktla ya təhrif olunub, ya da tarixi rəvayətlər tarixi fakt kimi göstərilib. Bu isə insanlarda şəhər haqqında yalnış təsəvvürlərin yaranmasında gətirib çıxarıb. Mən özüm tarixçiyəm, düşünürəm ki, tarixi rəvayətlərin tarixi fakt kimi göstərilməsi yolverilməzdir. Mingəçevir haqqında kifayət qədər məlumatlar var, sadəcə bu bilgilərin bir araya toplanmasına ehtiyac var. Çox təəssüf edirəm ki, bir çoxları şəhərin tarixinin məhz 1948-ci ildən başlandığını düşünür. O isə bizim hazırladığımız ensiklopediyada Mingəçevir haqqında bütün məlumatların yerləşdirilməsi nəzərdə tutulub. Mingəçevirin keçmişi, bu günü və gələcəyi. Toplamağa çalışdığımız ensiklopediyada Mingəçevirin tarixi üç mərhələdə veriləcək. Birinci dövr olan qədim dövrdə ibdidai icma quruluşundan Sovet hakimiyyəti illərinədək olan dövrü, ikinci dövr SSRİ dövrünü, üçüncü dövr isə muasir dövr əhatə edəcək. Həmçinin kitabda Mingəçevirin cöğrafiyası, iqdisadiyyatı, əhalisi, turizmi, idmanı və başqa sahələri haqqında məlumatlar veriləcək. Bütün sahələrdəki inkişafdan, problemlərdən və prespektivlərdən danışılacaq. Həmçinin Mingəçevirlə bağlı tarixi rəvayətlərdən, maraqlı əhvalatlardan tutmuş kriminal olaylara qədər hər dürlü bilgilərin də bu kitabda toplanacağı istisna edilmir. Biz ensiklopedik statusa malik hər bir mingəçevirli haqda məlumatların "Wikipedia" Açıq Ensiklopediyasında yerləşdirilməsinə nail olacağıq. Kitabın son fəsilində hazırda Mingəçevirdə yerləşən bütün müəssisələr haqqında məlumatlar yerləşdiriləcək. Layihədə Mingəçevirlə bağlı tarixi fotolarla yanşı yanaşı Mingəçevirdə görülən işlərdən, bura təşkil olunan səfərlərdən və təsviri-mənzərə fotolardan da istifadə ediləcək. Həmçinin kitabda tanınmış rəssamların və ədəbiyyat adamlarının Mingəçevirə dair əsərlərindən də seçiləcək. Mingəçevirli yazarların ən uğurlu əsərlərinin də yer alacağı toplunun ərsəyə gəlməsi əlbətdə ki, uzun zaman alacaq. Lakin biz daha uğurlu, daha səviyyəli bir nümunə ilə oxucuların hüzuruna çıxacağımızdan əminik. Biz hiss edirik ki, çox ağır bir yükün altına girmişik ancaq inanırıq ki, bu işin öhdəsindən layiqincə gələcəyik. Əlbətdə ki, layihə müddətində tarixçilərin, coğrafiyaçıların, bioloqların və başqa elm xadimlərinin, mütəxəsislərin köməyindən yararlanacağıq, əldə etdiyimiz bütün bilgiləri ekspertlərimizin müzakirəsinə çıxaracağıq. Həmçinin layihə boyu tez- tez ictimai müzakirələr təşkil edib, gələn təkif və iradları dəyərləndirəcəyik"- deyə, Qurbanəli Ömər bildirib.
Xatırladaq ki, "Mingəçevir Ensiklopediyası" Gənclərin Söz Birliyi" İB-nin sədri Qurbanəli Ömərin şəxsi təşəbbüsüdür və layihənin 7-8 ay ərzində başa çatacağı gözlənilir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !