Artıq keçən aydan icrasına başlanılan Kreativ İdeyalar adlı layihəyə yekun vurulub - FOTO

Artıq keçən aydan icrasına başlanılan “Kreativ İdeyalar” adlı layihəyə yekun vurulub FOTO

Gənclər Fondunun C Kateqoriyası üzrə qalibi olmuş layihə Mingəçevir şəhərində həyata keçirilmişdir. Təlimdə iştirak edən Gənclərə şəkil çəkməyin düzgün qaydaları və şəkili çəkən zaman daha kreativ anların fotolarda əks olunması yolları öyrədilmişdir. Layihədə 15 nəfər gənc iştirak etmişdir. Onlara şəkil çəkməyin qaydaları haqqında müəyyən təlimlər keçildikdən sonra hər bir gənc bir ay müddətində çəkdikləri şəkilləri Mingəçevir şəhərində Gənclər Evinin qalareya otağında nümayiş etdirdilər. Sərgiyə gələn insanlarla layihə iştirakçıları arasında fotolar haqqında fikir və rəylərini əks etdirən dialoqlar təşkil olundu. . Çəkilmiş fotolar qalareyada xatirə olaraq saxlanıldı.
Bu layihə Mingəçevir şəhərində olan gənclərin bir qisminə fotoqrafçılıq sənətinin daha gözəl tərəflərini aşıladı, onları bir araya topladı və cəmiyyətin müxtəlif aspektlərini əks etdirən problemlər və imkanlar haqqında fotolar vasitəsilə ümumi təsəvvür yaratdı. Sonda layihə iştirakçıları ilə xatirə şəkilləri çəkildi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !