Mingəçevir xəbərləri -

Mingəçevir xəbərləri

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Mingəçevirdə həyata keçirilən “Kreativ ideyalar” adlı layihəyə yekun vurulmuşdur.
AzərTAc xəbər verir ki, layihə çərçivəsində keçirilən təlimdə iştirak edən gənclərə şəkil çəkməyin düzgün qaydaları və şəkili çəkən zaman daha kreativ anların fotolarda əks olunması yolları öyrədilmişdir. Layihədə 15 nəfər gənc iştirak etmişdir. Onlara şəkil çəkməyin qaydaları haqqında müəyyən təlimlər keçirildikdən sonra hər bir gənc çəkdiyi şəkilləri bir ay müddətində Mingəçevir şəhərində Gənclər Evinin qalareyasında nümayiş etdirmişdir. Sərgiyə gələn insanlarla layihə iştirakçıları arasında fotolar haqqında fikir və rəyləri əks etdirən dialoqlar təşkil olunmuşdur. Çəkilmiş fotolar qalareyada xatirə olaraq saxlanılmışdır.
Bu layihə Mingəçevir şəhərində olan gənclərin bir qisminə fotoqrafçılıq sənətinin daha gözəl tərəflərini aşılamış, onları bir araya toplayaraq cəmiyyətin müxtəlif aspektlərini əks etdirən problemlər və imkanlar haqqında fotolar vasitəsilə ümumi təsəvvür yaratmışdır.

 

Mingəçevirdə qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edilmişdir


Mingəçevir Politexnik İnstitutunun “Debat” Mərkəzinin tələbələri Novruz bayramı münasibətilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında qayğıya ehtiyacı olan uşaqla görüşmüşlər.
AzərTAc xəbər verir ki, tələbələr Bahar qız, Keçəl və Kosa ilə birgə əllərində Novruz xonçaları, isti yeməklər, səməni ilə ata–ana nəvazişinə ehtiyacı olan uşaqları ziyarət etmiş, onlara bayram sovqatı vermişlər. Uşaqlar Kosa, Keçəl, Bahar qızı ilə rəqs etmiş, Novruz tonqalının üstündən atlanmışlar.
Bayram şənliyini uşaq yaradıcılıq mərkəzinin şagirdləri daha yaddaqalan etmişlər. Onlar şeirlər söyləmiş, şən mahnılar ifa etmişlər.

 

Mingəçevirlilər Novruz bayramını təntənə ilə qeyd etmişlər


Bahar bayramı münasibətilə Mingəçevir şəhərində böyük el şənliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, şəhərin küçə, park və xiyabanları bayramsayağı bəzədilmişdir. Martın 20-də səhər saatlarından başlayaraq musiqi sədaları altında atlı çaparlar şəhərin məhəllələrini gəzərək Novruzun gəlişini müjdələmişlər. Şəhərin Heydər Əliyev meydanında müxtəlif sərgilər, Novruz personajları, milli adət-ənənələrimizin zənginliyindən soraq verən səhnəciklər bir-birini əvəz etmişdir. Səməni və Novruz xonçalarının müsabiqəsi təşkil olunmuşdur.
Məktəblilərin və gənc rəssamların əl işləri, Tarix Muzeyinin qədim əşyalardan ibarət sərgisi, idarə və təşkilat kollektivlərinin təqdim etdikləri bayram süfrələri meydana xüsusi bəzək vermişdir. Qız-gəlinlər kətə, yuxa, paxlava və qutav bişirmiş, nehrə asmış, cəhrə əyirmiş, yun daramışlar. Xonçalı qızların əhatəsində meydana daxil olan Dədə Qorqud və Bahar qızı yurdumuza əmin-amanlıq, bol ruzi-bərəkət arzulamışlar. Alqış sədaları altında Novruz tonqalı alovlandırılmışdır. Aşıqların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin, idmançıların, kəndirbazların nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli əhvalatları tədbir iştirakçılarına xoş anlar yaşatmışdır. Şənlik boyu Novruz adətləri icra olunmuş, yumurta döyüşdürülmüş, yeyinti məhsullarından ibarət sərgi də təşkil olunmuşdur. Bayram şənliyi maraqlı konsert proqramı ilə davam etmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !