"Kimsəsiz olmayan Gələcəyimiz " adlı layihə həyata keçirilmişdir. -

"Kimsəsiz olmayan Gələcəyimiz " adlı layihə həyata keçirilmişdir.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 24-26 Mart tarixində Şəmkir şəhəri "Zəka Gənclərin İntelektual vəYaradıcılıq Mərkəzi"in də "Kimsəsiz olmayan Gələcəyimiz " adlı layihə həyata keçirilmişdir.
Layihə çərçivəsində gənclər üçün üç gün ərzində Mühasibatlıq, Satış Meneceri və HR Meneger, İdarə Etmə Metodologiyaları adlı profesional və əlavə olaraq Karl Popperformatlı təlimlər keçirilmiş, gənclər üçün xüsusi psixoloji seanslar təşkil edilmişdir. Təlimlərin yekunu olaraq gənclər test üsulu ilə imtahan edildi. İmtahan mərkəzləşdirilmiş şəkildə həyata keçirilmiş, hər təlimə aid 30 sual olmaq şərti ilə 120 sual olmuşdur .
Layihənin sonunda gənclər sertifikatla təltif olunmuşlar. Layihədə 14-29 yaş arası gənclər iştirak etmişdir. Seçilmiş təlim mövzuları günümüz üçün prioritet olan mövzular idi. Hansıki bu təlimlərin sayəsində gənclər yeni ixtisaslara yiyələnmiş oldular.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !