"Skapenin kələkləri" tamaşası - FOTO

"Skapenin kələkləri" tamaşası FOTO

AzPRESS xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi J.B.Molyerin “Skapenin kələkləri” komediyası hazırlanır. Bu komediya böyük dramaturq J.B.Molyerin Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İki hissəli komediya janrında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Tamaşanın musiqi rəhbəri Emin Həsənov, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi J.B.Molyerin “Skapenin kələkləri” komediyası hazırlanır. Teatrdan verilən məlumata görə, bu komediya böyük dramaturq J.B.Molyerin Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İki hissəli komediya janrında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Tamaşanın musiqi rəhbəri Emin Həsənov, quruluşçu rəssamı Vüsal Rahim, ikinci rejissoru əməkdar artist Boris Qrafkindir. Teatrın rus truppasında təqdim olunacaq tamaşada əməkdar artist Boris Qrafkin, istedadlı aktyorlar Nadejda Povelisina, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Kamil Osmanov, Elvin Əliyev, Svetlana Bulax, Marina Litvinenko, Yuliya Heydərova, Firuz Məmmədov və başqaları çıxış edəcəklər. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, xalq artisti Hüseynsəfa Mirzəhəsənov da bu tamaşada Arqant rolunda Musiqili Komediya Teatrının səhnəsini öz həmkarları ilə paylaşacaq. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, «Skapenin kələkləri» komediyası Əsgər Əsgərovun Musiqili Komediya Teatrının rus bölməsində hazırladığı ikinci tamaşadır. O, teatrın uğurlu tamaşalarından olan Mark Kamolettinin «Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir» tamaşasının da quruluşçu rejissorudur.
Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, 1990-1996-cı illərdə bu teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən sonra Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsinə dəvət edilib. Bu teatrda Viktor Rozovun «Şadlıq sorağında», Nəbi Xəzrinin «Burla xatun», Kamal Abdullanın «Hərdən mənə mələk də deyirlər…», A.Kamyunun «Anlaşılmazlıq» və s. əsərlərinə quruluş verib.
Musiqili Komediya Teatrının binasında təmir işləri aparıldığından, «Skapenin kələkləri» yaxın günlərdə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində təqdim oldu.
Fotomüxbir: Alisatov Elxan (AZpress.AZ) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !