Bakıda “Bahar süjetləri” fotomüsabiqəsinə yekun vurulmuşdur - FOTO (YENİLƏNDİ)

Bakıda “Bahar süjetləri” fotomüsabiqəsinə yekun vurulmuşdur FOTO (YENİLƏNDİ)

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həvəskar fotoqrafların “Bahar süjetləri” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
RİMM-dən AzərTAc-a bildirmişlər ki, dalbadal altı ildir gənc bakılılar bu müsabiqəyə qatılırlar. Onlar öz işlərini böyük məmnuniyyətlə sevimli paytaxtımıza həsr edirlər. Həvəskar fotoqraflar Bakının baharın al-əlvan rənglərinə bürünməsini səbirsizliklə gözləyir və bir-birindən gözəl, gözoxşayan bu mənzərələri öz fotokameraları ilə əbədiləşdirməyə çalışırlar.
Tanınmış fotoqraf, Azərbaycan Rəssamlar İttifaqının üzvü Abbas Məmmədovun sədrlik etdiyi münsiflər heyəti onlarca fotoşəkli diqqətlə nəzərdən keçirmiş və ən yaxşı üç şəkli seçmişdir.
Birinci yeri “Bakı üzərində axşam səması” fotoşəklinə görə Viktoriya Kobzeva, ikinci yeri Sergey Samuylov (“Meşə nağılı”), üçüncü yeri Nəzrin Musayeva (“Günəşli səadət”) tutmuşlar. Arzu Mürvətova ”Təxəyyül” əsərinə görə “Orijinal ideya” nominasiyasında xüsusi mükafata layiq görülmüşdür.
RİMM-in sərgi salonunda təkcə qaliblərin deyil, həm də bir çox digər müsabiqə iştirakçılarının işləri tamaşaçıların mühakiməsinə verilmişdir.
Müsabiqə iştirakçılarını təşkilatçıların diplom və mükafatlarından başqa gözəl sürpriz – istedadlı gənc solist Aslan Əzimzadənin çıxışı gözləyirdi.
 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )