Ümüdsiz gənclərin könüllüsü olaq ! layihəsi - FOTO (YENİLƏNDİ)

“Ümüdsiz gənclərin könüllüsü olaq ! ” layihəsi FOTO (YENİLƏNDİ)

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsi çərçivəsində Aidə İmamova tərəfindən fərdi qazanılmış “Ümüdsiz gənclərin könüllüsü olaq ! ” layihəsinin tədbiri 1 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda baş tutub.
Tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun müşahidə şurasının üzvü Nurəddin Mehdiyev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, ”Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə,”Türkiyə Universitetləri Məzunları “İctimai Birliyinin sədri Çingiz Bayramov və digərləri çıxış edərək təbriklərini bildiriblər.Həmçinin dövlətimizin, eləcə də prezident İlham Eliyevin əlillərə, kimsəsizlərə, qocalara, qaçqınlara və məcburi köçkünlərə olan diqqət ve qayğısından söz açılıb. Tədbirdə digər QHT rəhbərləri,ziyalılar və gənclər iştirak ediblər.
Layihənin əsas məqsədi əlillərə, kimsəsizlərə, qocalara, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrubənin inkişaf etdirilməsidir.Layihə çərçivəsində təhsil alan şagird və gənclərdən ibarət könüllü qruplar təşkil olunacaq və əlil, kimsəsiz uşaq evlərinə ziyarət təşkil olunacaq.
Tədbirdə iştirak etmiş gənclərə köynək,papaq və bukletlər paylanılıb.Tədbirin sonunda gənclər diplomlarla təltif ediliblər və layihə ilə bağlı video çarx nümayiş etdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !