Biznesə başlamağın 10 qızıl qaydasını bilək! - FOTO

Biznesə başlamağın 10 qızıl qaydasını bilək! FOTO

Fiziki şəxs Seyidzadə Kamran İbadağa oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin sahibkarlıq bacarıqlarını və iqtisadi maarifləndirilməsini gücləndirmək” layihəsinin icrası çərçivəsində Mingəçevir şəhərində gənclərin biznes və sahibkarlıq bacarıqlarının artırılmasına yardım göstərmək məqsədi ilə təlimlər təşkil olunub.
Seminarda 30 nəfər gənc iştirak etmiş. Seminar zamanı gənclərə biznes fəaliyyətinə başlama, kreditlərin əldə olunması, Bələdiyyələrlə əlaqələrin qurulması, Məhdud Məsuliyyətli Cəmiyyətlərin təsis və idarə olunması, dövlət orqanlarına vergi, sosial ödəmələr və statistik hesabatların hazırlanması qaydası və dövriliyi, biznes planların tərtib olunması, biznes qurumunun reklam olunması metodologiyası və digər mövzularda məlumatlar verilib. Seminarlarda layihə çərçivəsində hazırlanan bukletlər benefisiantlara paylanıb.
Seminarlardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərin bələdiyyələrlə görüşləri təşkil olunub. Görüşlər zamanı bələdiyyə torpaqlarının icarəyə verilməsi və bələdiyyə mülkiyyətində olan obyektlərdən icarə qaydasında istifadə edilməsi məsələləri müzakirə olunub.
Layihə çərçivəsində təlimlər digər ali və orta ixtisas məktəblərində həyata keçiriləcək.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !