Virtual Məmləkətim adlı layihə keçirildi - FOTO

“Virtual Məmləkətim” adlı layihə keçirildi FOTO

AZpress.Az xəbər verir ki, 05 - 20 aprel 2014 – cü il tarixləri arasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Virtual Məmləkətim” adlı layihəsi keçirildi.
Layihənin açılış mərasimi 05 aprel 2014 – cü il tarixində saat 11:00 da Divan Exspress Bakı otelində baş tutdu.
Qeyd edək ki, açılış mərasimində Azərbaycan Turizm İnstitutunun rektoru tarix elmləri doktoru cənab Cəfər Cəfərov, turizim və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspert, müəllim - tələbə heyəti, media və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı etdi.
20 nəfər aktiv gənci bir araya gətirən “Virtual Məmləkətim” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin turizmə olan maraqlarını artırmaq, xüsusilə də, ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıtdırılması üçün İKT - dən düzgün istifadə edərək onları bu işə cəlb etməkdən ibarətdir.
Layihə çərçivəsində cəlb olunnmuş 15 iştirakçıya ilkin olaraq bloq təlimləri keçirildi. Sonrakı mərhələdə hər bir iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə fəaliyyət göstərəcək bloq yaradaraq topladıqları məlumatları elektron formada öz bloqlarında yerləşdirdilər.Sonda iştirakçılar arasında müsabiqə keçirildi və ən yaxşı üç bloq sahibi diplom və mükafatla təltif olundu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !