Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi beynəlxalq layihə icra edəcək -

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi beynəlxalq layihə icra edəcək

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi ilə Almaniyanın “European Intercultural Forum” təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Razılaşmaya əsasən Mərkəz 1 il müddətinə iki alman gəncin Mingəçevirdə təcrübə keçməsinə şərait yaradacaqdır. Habelə, Mərkəz üzvlərinin də Almaniyada keçirilən beynəlxalq tədbirlərdə iştirakına köməklik göstəriləcək.
Mərkəzin regional ofisinin rəhbəri Tural Kərimov bildirmişdir ki, bundan sonra Avropanın digər ölkələri ilə də sıx əməkdaşlıq etməklə, regiondan olan gənclərin beynəlxalq əlaqələrinin gücləndirilməsinə səy göstərəcəklər.
Qeyd edək ki, Mərkəz hazırda 5 beynəlxalq gənclər şəbəkəsində Azərbaycanı təmsil edir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !