Region Gənclərinin İKT bacarıqlarının artırılması -

Region Gənclərinin İKT bacarıqlarının artırılması

Bu gün Mingəçevirdə “Region Gənclərinin İKT bacarıqlarının artırılması” layihəsinin təlimləri yekunlaşdı. Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirmək layihəsinin icrası 2 aylıq müddəti əhatə edirdi. Layihə üzrə əsas fəaliyyətlər regionlardakı 18-29 yaş arası gənclərlə həyata keçirilib. Gənclərin dünyagörüşünün formalaşmasında, onların aktivliyinin artırılmasında sosial şəbəkələrin əhəmiyyətli rolu artıq bütün dünyada etiraf olunur. Azərbaycan ərazisində internet istifadəçilərinin sayı artmaqdadır. Bu baxımdan Azərbaycan gəncliyinin də sosial şəbəkələrdən hansı məqsəd üçün istifadə etdiyi maraq doğurur. Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə kecirilən layihənin əsas məqsədi region gənclərinin internet resurslarindan səmərəli istifadəsi barədə maarifləndirmək istiqamətində region gənclərinə təlimlərin keçirilməsi, sosial şəbəkələrdən düzgün istifadə, Web 2.0 texnologiyalarından istifadə zamanı gənclərin ictimai aktivliyinin artırılması, region gənclərinin virtual forumların rolu və onların ictimaifəallığında rolunu artırmaqdır. Layihənin əsas vəzifəsi bu gün mövcud olan İnternet resurslarından, sosial şəbəklərdən daha səmərəli istifadəsinə nail olmaqdır.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !