Mən ətraf mühiti öyrənirəm! - yeniyetmələr üçün ekoloji dərslər və məşğələlər -

“Mən ətraf mühiti öyrənirəm!”- yeniyetmələr üçün ekoloji dərslər və məşğələlər

Bu gün Mingəçevirdə “Mən ətraf mühiti öyrənirəm!”- yeniyetmələr üçün ekoloji dərslər və məşğələlərə layihəsinə yekun vuruldu. Ekoloji dərslərə 14-18 yaş həddində təhsil alan orta məktəb şagirdləri cəlb olunub. Hər bir iştirakçının ailə üzvləri də layihə vasitəsilə bu prosesə qoşulublar. Layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən orta məktəblərin şagirdləri arasında maarifləndirmə işi aparmaqla, onların ətraf mühit-ekologiya haqqında təsəvvürlərinin formalaşmasına nail olmaqdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması yalnız insanların ətraf mühitə münasibətinin dəyişdiyi halda mümkündür. Bu da məlumatlılığın və ictimai ekoloji məsuliyyətin artırılması olmadam mümkün deyil. Məhz təbiətə qayğı ilə münasibət bəsləməni tərbiyə etmək üçün həm böyüklərdə, həm də uşaqlarda ekoloji məsuliyyətin formalaşması zəruridir. Bu məqsədlə yeniyetmələrin təbiətin və ətraf mühitin dərk edilməsinə marağın oyadılması və inkişaf etdirilməsi layihədə nəzərdə tutulmuşdur. Eyni zamanda, ibtidai sinif şagirdlərinin və onların valideynlərinin biomüxtəliflik problemləri haqqında məlumatlılıq səviyyələri artırılır.
Bundan başqa, layihə çərçivəsində Mingəçevir şəhərinin orta məktəb şagirdləri üçün “Mən ətraf mühiti öyrənirəm” adlı “Ekoloji Məktəb” təşkil olunmuşdur. “Ekoloji Məktəb” çərçivəsində 2 ay ərzində həftədə 1 gün orta məktəb şagirdləri üçün ekologiya mövzusunda təlimlər, mühazirələr, ekskursiyalar, disskusiyalar və ölkəmizin tanınmış ekologları ilə görüşlər təşkil olunub. “Ekoloji Məktəb”ə daxil olmaq üçün şagirdlər arasında “Ətraf Mühitimizin vəziyyəti-mənim baxışımda” mövzusunda esse müsabiqəsi kecirilib. Yazılmış esselər əsasında “Ekoloji Məktəb” şagirdlər seçilib və onlarla təlimlər keçirilib. İmtahanları müvəffəqiyyətlə başa vuran şagirdlərə sertifikatlar təqdim olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !