"Yalan detektoru" tamaşasının premyerası - FOTO

"Yalan detektoru" tamaşasının premyerası FOTO

Mart ayında Rus Dram teatrının səhnəsində Vasili Siqarevin pyesi əsasında "Yalan detektoru" tamaşasının premyerası oldu. Tamaşa Azərbaycanın xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr edilib. Nadejda və Boris evə hipnozçu çağırır. Heç kimin ağlına belə gəlməzdi ki, ərin gizlətdiyi pulların axtarışı ər-arvad üçün əsl iztiraba çevriləcək. Trans vəziyyətinə düşərək onlar ürəklərindəki ən gizli sirləri açır...

Quruluşçu rejissor -Azərbaycanın xalq artisti A.Şarovskiy
Quruluşçü rəssam -Nikita Sazonov (Rusiya)
Kostyum üzrə rəssam -Olqa Abbasova
Musiqi tərtibatı -Vladimir Neverov (Azərbaycanın əməkdar mədəniyyət işçisi)

Tamaşada iştirak edirlər: Azərbaycanın xalq artistləri: Aleksandra Nikuşina, Yuriy Balıyev, Safa Mirzəhəsənov. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !