MUSİQİLİ TEATRDAN SEÇİLƏNLƏR -

MUSİQİLİ TEATRDAN SEÇİLƏNLƏR

“İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq səhnə fəaliyyəti ilə bağlı bir sıra aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.
Azərbaycan Dövlət Musiqili Teatrının 7 nəfər tanınmış sənətçisi - xalq artistləri Afaq Bəşirqızı, Ramiz Məmmədov, əməkdar artistlər – Xanım Qafarova, Nəqgiz Kərimova, Əkbər Əlizadə, əməkdar incəsənət xadimləri Nazim Hacıəlibəyov, Əsgər Əsgərov Prezident mükafatına layiq olanlar sıyahısındadır.


Telefon rabitəsi Musiqili Teatra dəvət edir

Azərbaycan Dövlət Musiqili Teatrı və "BIMTEK Mobile Solutions And Marketing" Məhdud Məsuliyyatli Cəmiyyəti arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, "BIMTEK” göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları mütəmadi olaraq Azərbaycan Dövlət Musiqili Teatrının həftəlik repertuarı haqda məlumatlandıracaq.
Bu xidmətdən bəhrələnməkdə məqsəd, insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində gedən yeniliklərlə daim bilgiləndirməkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !