Şəmkirdə şahmat məktəbinin açılışı olmuşdur -

Şəmkirdə şahmat məktəbinin açılışı olmuşdur

Şəmkirdə şahmat məktəbinin açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, “Synergy Group” şirkətinin Müşahidə Şurasının sədri Riyad Hüseynov, şahmatçılar Maqnus Karlsen, Teymur Rəcəbov, eləcə də beynəlxalq qrossmeyster Vüqar Həşimovun ailə üzvləri iştirak etmişlər.
Açılış mərasimində bildirilmişdir ki, yeni istifadəyə verilmiş məktəbdə uşaqlara və yeniyetmələrə təcrübəli müəllimlər tərəfindən şahmat dərsləri keçiriləcəkdir. Məktəbdə şahmatın sirlərinə yiyələnmək üçün hər cür şərait yaradılmışdır.
Şahmat məktəbi “Synergy Group” tərəfindən təmir edilmişdir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !