Dövlət Musiqili Teatrı təcrübə mərkəzinə çevrilir -

Dövlət Musiqili Teatrı təcrübə mərkəzinə çevrilir

Azərbaycan Dövlət Musiqili Teatrı, ali və peşə təhsili məktəbləri tələbələrinin tədris- istehsalat təcrübələrini keçmələri üçün əsl mərkəzə çevrilib. Belə ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr rejissoru”, “Musiqili teatr aktyoru”, “Estrada aktyoru”, “Dram rejissoru”, Bakı Humanitar Kollecinin “Bədii yaradıcılı1q işi” fakültəsinin “Teatrallaşdırılmış tədbirlərin rejissoru”, “Dramaturgiyanın əsasları və ssenari sənəti” ixtisaslarında təhsil alan, həmçinin 5 saylı Bakı Peşə Məktəbinin dekorator, qrimçi-pastijor, kostyumçu-dərzi, işıq operatoru, səs operatoru ixtisaslarına yiyələlənən tələbələri müntəzəm olaraq Azərbaycan Dövlət Musiqili Teatrında təcrübə keçəcəklər.
Tələbələrin təlimatlandırılması, texniki və bədii yaradıcılıq işləri ilə tanışlıq, teatrın direktor müavini Hüseyn Hüseynova və quruluş hissə müdiri Həmid Kazımzadəyə tapşırılıb.
H.Hüseynovun fikrincə, məlum təcrübə prosesi, tələbələrin təhsil illərində aldıqları nəzəri biliyi daha da təkmilləşdirməsi və gələcəkdə peşəkar kadrlar kimi yetişmələrində, eyni zamanda onların ölkə teatrlarına cəlb olunmalarında mühüm rol oynayacaq.
Təcrübə keçən tələbələrin bəziləri öz təəsüratlarını bölüşüblər: ADMİU-nin “Dram rejissoruluğu” fakultəsinin III kurs tələbəsi İlahə Məmmədzadə: “Təcrübə rəhbərlərimiz keçməkdən çox məmnunam. Təcrübə rəhbərlərimiz bizə təkcə teatr sənəti yox, həm də yaradıcı şəxsin malik olduğu keyfiyyətləri də, rejissorun xarakteri, işinə yanaşması, düşünmə tərzi barədə bilmədiklərimizi anladırlar. Təcrübə müddətində qrim, tikiş, işıq, səs sexlərində də oluruq və dəfələrlə verdiyimiz suallara müəllimlər böyük səbrlə, təmkinlə cavablandırmaqdan usanmırlar...”.
ADMİU-nin “Dram rejissoruluğu” fakultəsinin III kurs tələbəsi Ramazan Hümbətli: “Təcrübə üçün bizə yaradılan şəraitə görə, teatr rəhbərliyinə təşəkkür edirəm. Biz həqiqətən də teatr mətbəxinə aid bilmədiklərimizi öyrənir, nəzəri biliyimizi təcrübədə reallaşdırmaq üçün həm texniki, həm də psixoloji hazırlıq dərsləri keçirik. Ümid edirəm, gələcəkdə də bu teatrla yaxından əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, tələbələr arasında dekor, qrim və tikiş sexlərində gündəlik təcrübə keçənlərə teatr işi maraqlı və cəlbedicidir. Onlar üçün də teatrda keçdikləri təcrübə müddəti peşə hazırlığı yönündə unudulmaz təəssüratlarla doludur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !